Xəzərdə dalğanın hündürlüyü 4,2 metrə çatıb – FAKTİKİ HAVA
17 may 2020 20:15 (UTC +04:00)

Xəzərdə dalğanın hündürlüyü 4,2 metrə çatıb – FAKTİKİ HAVA

 

Mayın 17-si saat 20:00-a olan məlumatına əsasən, Bakı, Sumqayıt, Mərəzə, Altıağac, Xaçmaz, Quba, Qusar, Xaltan, Qrız, Nabranda yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətinin dən APA-ya verilən məlumata görə, Qərb küləyi Naftalan, Neftçalada 26 m/s, Ağstafada 22 m/s, Göyçayda 21 m/s, Zərdab, Beyləqan, Ağdam, Cəfərxanda 20 m/s, Tərtər, İmişlidə 18 m/s,  Sabirabadda 17 m/s, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda: Qum adasında 26 m/s,  Sumqayıt, Maştağa, Çilov adasında 22 m/s, Bakıda 20 m/s, Neft Daşlarında 21 m/s-dək güclənib. 

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 4.2 metrə çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3193
avatar

Oxşar yazılar