Xəzərdə 2015-ci ildə itkin düşən iki neftçinin meyiti tapıldı
24 iyun 2020 12:44 (UTC +04:00)

Xəzərdə 2015-ci ildə itkin düşən iki neftçinin meyiti tapıldı

Ötən ay Xəzər dənizinin dərinsulu hissəsində boru xəttinin monitorinqi aparılarkən 2015-ci il dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza zamanı itkin düşmüş iki əməkdaşın cəsədləri 190 metr dərinlikdə tapıldıqdan sonra iyun ayında da həmin ərazidə təftiş və axtarış işləri davam etdirilmiş, 149 metr dərinlikdə daha iki insan cəsədi aşkarlanıb.

SOCAR-dan Lent.az-a verilən məlumata görə, cəsədlər müvafiq qaydada çıxarıldıqdan sonar dövlət orqanlarına təhvil verilib.

Məlumata əsasən, analizlər nəticəsində müəyyən edilib ki, tapılan cəsədlərdən biri 2015-ci ildə baş vermiş həmin qəza zamanı itkin düşmüş, 4-cü dərəcəli neft-qazçıxarma operatoru Rəsulov Elşad Baloğlan oğluna məxsusdur. Cəsəd bu gün ailə üzvlərinə təhvil veiləcək. Mərhum neftçinin ailəsinə başsağlığı verir və Allahdan rəhmət diləyirik. Digər cəsədin qalıqlarının analizləri davam etdirilir. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2998
avatar

Oxşar yazılar