“Müəyyən qərarlar qəbul etmişik, növbəti həftələrdə açıqlanacaq”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R. Bayramlı deyib ki, xüsusi karantin rejimi 1 iyundan sonra da uzadılacaq: “Xüsusi karantin rejiminin hansı müddətə uzadılacağı gələcək günlərdə bildiriləcək”.