Xaricdən gələnlərin hamısı karantində saxlanacaq - Ramin Bayramlı
01 may 2020 17:45 (UTC +04:00)

Xaricdən gələnlərin hamısı karantində saxlanacaq - Ramin Bayramlı

“Xüsusi karantin rejimi sərhədlərimizdə də davam etdirilib. İndiyə qədər 11 minə yaxın vətəndaşımız hava nəqliyyatı ilə ölkəyə daxil olub”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin müddətinin mayın 31-dək uzadılmasına həsr edilmiş mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, portal vasitəsi ilə gündəlik 300-500 vətəndaşımızı qəbul edə biləcəyik: “14 günlük karantin rejiminə əməl etmədən vətəndaşlarımızı ölkə ərazisinə buraxa bilmərik. 14 günlük müayinə nəticəsində pozitiv hallar aşkar edilənlər xəstəxanalara, testi neqativ çıxanlar evlərinə göndəriləcək”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1329
avatar

Oxşar yazılar