Virus beyin hüceyrələrini zədələyir?
25 may 2020 18:46 (UTC +04:00)

Virus beyin hüceyrələrini zədələyir?


Alimlər koronavirusun beyin hüceyrələrinə təsirini araşdırıblar.

e-tibb.az xəbər verir ki, Avropa alimləri koronavirusun neyronların ölümünə və neyrodegenerativ xəstəliklərə səbəb ola biləcəyini qeyd ediblər. Almaniya və Fransadan olan alimlər koronavirusun insan beyin hüceyrələrinə təsirinin getdikcə artdığını açıqlayıblar. Buna görə də, COVID-19 yoluxmasının hansı fəsadlara səbəb ola biləcəyini bir daha araşdırmağa qərar veriblər. Bioloqlar 3D texnologiyasına əsasən yaradılan beyin orqanoidindən istifadə edərək koronavirusun kortikal sütundakı neyronlara təsir etdiyinə dair nəticəyə gəliblər.
"COVID-19-nu öyrənmək üçün insan beyninin 3D orqanoidlərini eksperimental bir sistem olaraq istifadə etdik və SARS-CoV-2-nin insan neyronlarına neyrodegenerasiyaya bənzər gözlənilməz təsirini tapdıq", deyə alimlər bəyan edib. Eləcə də qeyd edilir ki, bu zaman tau zülalının hiperfosforilləşməsi  baş verirr və bu, sonradan neyronların ölümünə səbəb olur.
Almaniya və Fransadan olan bioloqlar da aşkar ediblər ki, koronavirus insan beyin hüceyrələrinə nüfuz etsə də, mərkəzi sinir sistemində çoxalma qabiliyyətinə malik deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2714

Oxşar yazılar

APA TV  yayım dairəsini genişləndirir

APA TV yayım dairəsini genişləndirir

22 may 2025 , 20:24
Süni intellekt bir foto ilə ölüm riskinizi  müəyyən edir

Süni intellekt bir foto ilə ölüm riskinizi müəyyən edir

22 may 2025 , 19:20
Ən tənbəl  BÜRCLƏR AÇIQLANDI

Ən tənbəl BÜRCLƏR AÇIQLANDI

22 may 2025 , 18:32
Sabah bu rayonda qaz olmayacaq

Sabah bu rayonda qaz olmayacaq

22 may 2025 , 17:40
Nazim Rəcəbov 4 ölkədən  olan həmkarı ilə görüşdü

Nazim Rəcəbov 4 ölkədən olan həmkarı ilə görüşdü

22 may 2025 , 17:13
Azərbaycanda bütün karyeranı əhatə tam xidmət modeli – “UNİDESTİN” Tədris Mərkəzi AÇILDI

Azərbaycanda bütün karyeranı əhatə tam xidmət modeli – “UNİDESTİN” Tədris Mərkəzi AÇILDI

22 may 2025 , 16:41
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

22 may 2025 , 16:38
Baş prokuror Vyanada işgüzar səfərdədir

Baş prokuror Vyanada işgüzar səfərdədir

22 may 2025 , 15:35