Türkiyədən 178 Azərbaycan vətəndaşı gətirildi
22 may 2020 19:25 (UTC +04:00)

Türkiyədən 178 Azərbaycan vətəndaşı gətirildi

Bu gün "Azərbaycan Hava Yolları" İstanbuldan Bakıya növbəti çarter reysini həyata keçirib, daha 178 Azərbaycan vətəndaşı ölkəyə çatdırılıb.

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bütün sərnişinlər reysdən sonra karantinə yerləşdirilib.

Qeyd olunub ki, Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq bu həftə "AZAL" aviaşirkəti Berlin və Varşava şəhərlərindən Bakıya çarter reyslərini həyata keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4171
avatar

Oxşar yazılar