Tək yaşayan yaşlı xəstə karantin zamanı bu mərkəzə zəng edə bilər
12 iyun 2020 17:26 (UTC +04:00)

Tək yaşayan yaşlı xəstə karantin zamanı bu mərkəzə zəng edə bilər

Xüsusi karantin günlərində tibbi çatırışla bağlı “103”ə düşə bilməyənlər ASAN-ın 108 Çağrı Mərkəzinə zəng edə bilərlər”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib. Onun sözlərinə görə, həmin günlərdə 108 Çağrı Mərkəzi 24 saat ərzində fəaliyyət göstərəcək:

“Kommunal xidmətlərlə bağlı problemi yarananlar da 108 Çağrı Mərkəzinə zəng edə bilər. Yaşlı xəstə tək yaşayırsa, övladları əlaqə yarada bilmirlərsə, vətəndaşlar 108 Çağrı Mərkəzinə zəng vuraraq yardım ala bilərlər ”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1861
avatar

Oxşar yazılar