Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda hərəkət məhdudlaşdırılır
22 may 2020 10:11 (UTC +04:00)

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda hərəkət məhdudlaşdırılır

Bakının şimal girişində təmir işlərinə başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Bakı Dairəvi-1 avtomobil yolunda əyri-xətli dəmir tirlərin təmiri, Bakı-Şamaxı magistral yolunda isə üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkə diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2092
avatar

Mehman Nəbiyev

Oxşar yazılar