Subay şəxslərə gələn mesajlar -  NAZİRLİK AÇIQLADI
29 aprel 2020 14:43 (UTC +04:00)

Subay şəxslərə gələn mesajlar - NAZİRLİK AÇIQLADI

"Bəzi subay şəxslər sosial şəbəkə səhifələrində birdəfəlik ödəmədən imtina barədə onlara gələn SMS-dəki “həyat yoldaşının adına 2 və daha artıq daşınmaz əmlak və ya avtomobil olduğu” qeydini konteksdən çıxararaq müzakirə obyektinə çevirirlər".
Lent.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin rəhbəri Fazil Talıbov açıqlayıb.
Onun sözlərinə görə, əslində həmin şəxslərə mesaj mətnində “özünüzün və ya ərinizin (arvadınızın) adına” sözləri yazılıb: "Yəni şəxs subay olduqda mesaj onun birbaşa özünə aid olub, ona məxsus əmlakı nəzərdə tutur".



1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4193
avatar

Aygün İbrahimli

Oxşar yazılar