Şəkər xəstələri bayramda necə qidalanmalıdır?
25 may 2020 10:42 (UTC +04:00)

Şəkər xəstələri bayramda necə qidalanmalıdır?


Bayramda yeyilən şərbətli şirniyyatlar, şəkər və şokoladlar qanda şəkərin nizamsızlığının ən əsas səbəbidir.

e-tibb.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Universitetinin Cərrahpaşa Tibb Fakültəsinin dekanı, Endokrinologiya və metabolizm xəstəlikləri uzmanı, professor Mustafa Sait Gönen şəkərli diabet xəstələri üçün bayram günlərində qidalanma tövsiyələri verib. Professor bildirib ki, şəkərli diabet xəstələrinin şəkəri çox yüksək və ya çox aşağı ola bilər. Belə hallarda koma vəziyyəti də daxil olmaqla çox ciddi fəsadların yaranması mümkündür. Mütəxəssis deyib ki, bu səbəbdən şərbətlə hazırlanan şirniyyatlar birmənalı qəbul olunmamalıdır. Həkimin sözlərinə görə, koronavirus pandemiyası dövründə şəkər xəstələri həm də uzun müddət karantin rejimində hərəkətsiz qalmaları səbəbindən qaydalara uyğun qidalanmalı, şəkəri normada saxlamalıdırlar. Qanda şəkərin qalxıb, enməsinin qarşısını almaq üçün vaxtında qidalanmaq, çox qida qəbul etməmək, 3 əsas və 3 ara yeməyinin olmasının vacibliyini vurğulayıb. O, bol su içməyi, lifli qidalara üstünlük verməyi, duz istifadəsini azaltmağı, şəkərli, unlu qidalar və içkilərdən, xəmirli şirniyyatlardan birmənalı olaraq imtina etməyi, fiziki aktiv olmağı, idman hərəkətləri etməyi tövsiyə edib. Professor bildirib ki, əgər şirniyayt yemək istəyi yaranarsa, bu zaman çox yüngül, südlü və meyvəli şirniyyatlar yemək olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2134
avatar

Oxşar yazılar

Bu gecə Qaxa  dolu yağıb   - FAKTİKİ HAVA

Bu gecə Qaxa dolu yağıb - FAKTİKİ HAVA

14 iyun 2024 , 10:52
Bu il məzun olan şəhid övladları - SİYAHI

Bu il məzun olan şəhid övladları - SİYAHI

14 iyun 2024 , 10:05
Bakının 3 rayonu və Xudat qazsız qalacaq

Bakının 3 rayonu və Xudat qazsız qalacaq

14 iyun 2024 , 09:45
Bakıda bu yollarda sıxlıq var

Bakıda bu yollarda sıxlıq var

14 iyun 2024 , 08:35
Azərbaycanda “Son zəng”  qeyd edilir

Azərbaycanda “Son zəng” qeyd edilir

14 iyun 2024 , 08:00
İyunun 14-nün ULDUZ FALI:  Məhsuldar gün olacaq, əylənməyə vaxt ayırın

İyunun 14-nün ULDUZ FALI: Məhsuldar gün olacaq, əylənməyə vaxt ayırın

14 iyun 2024 , 00:01
Ermənilər Naxçıvanı atəşə tutdu

Ermənilər Naxçıvanı atəşə tutdu

13 iyun 2024 , 21:34
Sevindirici PROQNOZ:  Yerin havası tezliklə sərinləşəcək

Sevindirici PROQNOZ: Yerin havası tezliklə sərinləşəcək

13 iyun 2024 , 20:15