Sabah rayonlarda güclü yağış gözlənilir – PROQNOZ
01 may 2020 13:27 (UTC +04:00)

Sabah rayonlarda güclü yağış gözlənilir – PROQNOZ


Azərbaycanda mayın 2-də gözlənilən hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecəyə doğru  bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeronda gecə 10-13° isti, gündüz  18-22° isti, Bakıda gecə 11-13° isti, gündüz  19-21° isti olacaq.

Atmosfer  təzyiqi 758 mm civə sütunu təşkil ecdəcək. 

Nisbi rütubət gecə 70-80, gündüz  40-45 faiz olacaq.  

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacq, şərq küləyi əsəcək

Havanın temperaturu gecə 8-13° isti, gündüz  20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz  10-15° isti olacaq.
 
Tibbi-meteoroloji proqnoza gəldikdə, mayın 2-də Bakıda və Abşeron yarımadasında temperaturun iqlim norması daxilində olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2283
avatar

Aygün İbrahimli

Oxşar yazılar