Sabah bu ərazilərdə dolu gözlənilir - PROQNOZ
04 may 2020 12:55 (UTC +04:00)

Sabah bu ərazilərdə dolu gözlənilir - PROQNOZ

Azərbaycanda mayın 5-də gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında  gecə 15-17° isti, gündüz  21-26° isti, Bakıda  gecə 15-17° isti, gündüz  23-25° isti olacaq.

Atmosfer  təzyiqi 757 mm civə sütunu təşkil edəcək.  Nisbi rütubət gecə 70-80, gündüz  40-45 faiz olacaq.  
 
Azərbaycanın rayonlarında hava  əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu  gecə 12-17° isti, gündüz  26-31° isti, dağlarda gecə 5-10° isti, gündüz  14-19°  isti olacaq.
 
Tibbi-meteoroloji proqnoza gəldikdə, Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü gözlənilir ki, bu da əksər  meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9446

Oxşar yazılar