Respublika Hospitalı “üz sipəri” ilə təmin olundu
29 aprel 2020 13:14 (UTC +04:00)

Respublika Hospitalı “üz sipəri” ilə təmin olundu

Təhsil Nazirliyinin “BİR” tələbə-könüllülərinin dəstəyi ilə Daxili İşlər Nazirliyi Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalı yüzlərlə “üz sipəri” ilə təmin olunub.

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, Heydər Əliyev Fondunun dəstəyi ilə Təhsil Nazirliyinin  həyata keçirdiyi “STEAM Azərbaycan” layihəsi çərçivəsində COVID-19 pandemiyasından qorunmaq üçün tibbi heyətin istifadəsi məqsədilə “3D” printerlərlə çap olunan “üz sipəri”nin istehsal prosesi davam etdirilir.
"Üz sipəri”nin hazırlanmasında istifadə olunan məhsullar ekoloji təmiz və insan həyatı üçün təhlükəsizdir. Bu qoruyucu sipər insanın üzünü tam örtməklə hava-damcı yolu ilə yayılan infeksiyalara qarşı müdafiə rolunu oynayır.

Qeyd edək ki, Təhsil Nazirliyinin “BİR” tələbə-könüllüləri koronavirus pandemiyası dövründə insanların ruh yüksəkliyini saxlamaq və bu dövrdə çalışan şəxslərə təşəkkür etmək üçün onlayn aksiyalar həyata keçirir, donor kimi qanvermə aksiyalarına qoşulur, ehtiyacı olan şəxslərə yardımların çatdırılması, 65 yaşdan yuxarı insanlara sosial xidmətlərin göstərilməsi işlərinə dəstək olurlar.

Təhsil Nazirliyinin “Bir” tələbə-könüllü proqramı milli tələbə-könüllü platforması kimi 23000-dən çox tələbə-könüllü üzvə malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 550-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2426
avatar

Aygün İbrahimli

Oxşar yazılar