Ramazan ayının sonuncu Qədr gecəsidir
20 may 2020 15:35 (UTC +04:00)

Ramazan ayının sonuncu Qədr gecəsidir

Ramazan ayının son günlərini yaşayırıq. Ramazanın bitməsinə 3 gün qalmış - ayın 20-dən 21-nə keçən gecə Qədr gecəsi qeyd olunur.

Qədr gecəsinin mənası nədir və necə qeyd olunmalıdır?

Lent.az xəbər verir ki, Qədr gecəsi “Qurani-Kərim”in nazil olmasına başlanılan gecədir. Bu gecə Məhəmməd peyğəmbərin (s.ə.s) ilk vəhy alaraq peyğəmbərlik vəzifəsinə başladığı gecədir.

“Qurani-Kərim”in 97-ci surəsində bu gecənin əhəmiyyəti bildirilib və həmin surə Qədr surəsi olaraq adlandırılıb. Məkkə dövründə nazil olan bu surə beş ayədir.

Qədr sözü “məqam, şərəf, dəyər, əzəmət” mənalarını verir. Quran”-nın nazil olduğu bu gecə çox əlamətdar gecədir. Çünki bu gecə  insanlığın qurtuluşu, iki cahanda səadəti üçün son peyğəmbər Həzrəti  Məhammədə (s.ə.s) peyğəmbərlik vəzifəsi verilib.

“Qurani-Kərim” insanların öz Yaradanına səmimi şəkildə yaxınlaşmasını tövsiyə edir. İlahiyyat alimlərinin sözlərinə görə, Qədr gecəsində insanlar səmimi qəlblə Allaha yönələrsə və etdikləri səhv hərəkətlərin bağışlanmağını dilərsə, Yaradan onları bağışlayar.

Heydər məscidinin imamı Hacı Rüfət Qarayevin sözlərinə görə, “Qurani-Kərim”də buyurulur ki, “Qədr gecəsi” min aydan daha xeyirlidir: “Allahın Rəsulu (s) buyurur ki, Qədr gecəsini Ramazan ayının son 10 günündə axtarın. Əvvəlcə gecənin müstəhab qüsulunu alıb (Qədr gecəsinin qüsulunu alıram Qürbətən İlallah) pak olmaqla əməllərə başlamaq olar. Qədr gecəsinin namazı iki rükətdən ibarətdir. Hər iki rükətdə bir Fatihə, yeddi İxlas surəsi oxunur. Namazı bitirdikdən sonra başı səcdəyə qoyub 70 dəfə "Əstəğfirullahə Rəbii və ətuubu iləyh" (Allahdan istiğfar (bağışlanmaq) diləyir və Ona tövbə edirəm) deməklə tövbə edilir”.

İlahiyyatçının sözlərinə görə, bu gecə “Quran” oxumaq da vacibdir. Çünki bu ayda “Quran”ın bir ayəsini oxumaq başqa zamanlarda “Quran”ı bütöv şəkildə oxumağa bərabərdir. Çoxlu dua etmək olar, çünki bu gecələrdə edilən dualar geri çevrilməz. Qədr gecəsində ildə bir dəfə Rəbbimiz tərəfindən bizim müqəddaratımız dəyişir”.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3904
avatar

Aygün İbrahimli

Oxşar yazılar