Qapalı idman müəssisələri nə vaxt açılacaq?
29 may 2020 19:16 (UTC +04:00)

Qapalı idman müəssisələri nə vaxt açılacaq?


“Açıq havada idman yarışlarının bərpası ilə bağlı Operativ Qərargahın tibbi bölməsinə metodiki tövsiyələrin hazırlanması ilə bağlı bu günlərdə tapşırıq verildi”. 

Apasport.az saytının məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O bildirib ki, 31 may 2020-ci il saat 00:00-dan açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkilinə icazəsində bir sıra metodiki qaydalar tətbiq ediləcək: “Demək olar ki, metodiki tövsiyələr hazırlanıb, tamamlanıb. Təsdiq üçün Qərargahın rəhbərliyinə təqdim olunub. Təsdiqdən sonra ictimaiyyətə açıqlanacaq. Burada Beynəlxalq Səhiyyə Təşkilatının və bir sıra ölkələrin təcrübəsindən istifadə etmişik. Bizi narahat edən məqam geyinib-soyunma otaqları, duş qəbulu ilə bağlı yerlərdir. Fiziki məsafənin gözlənilməsi isə əsas şərtdir”. 

R.Bayramlının sözlərinə görə, qapalı idman müəssisələrində fəaliyyətin bərpa olunması yaxın günlərdə gözlənilmir: “Gələcək günlərdə də bu barədə aparılan müzakirələrin nəticəsi sizə bildiriləcək”.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3190
avatar

Oxşar yazılar