Plyonka vuran sürücülər 150 manat cərimələnəcək? - RƏSMİ CAVAB
30 aprel 2020 17:45 (UTC +04:00)

Plyonka vuran sürücülər 150 manat cərimələnəcək? - RƏSMİ CAVAB

Bildiyimiz kimi, Azərbaycanda bir neçə ildir ki, mayın 1-dən noyabrın 15-dək maşınların arxa şüşələrinə plyonka və ya jalüz vurmağa icazə verilir. Ötən il noyabrda bu müddət bitdikdən sonra Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları əvvəlki ildən fərqli olaraq arxa şüşələrdə plyonka və digər örtüklərdən istifadə edən sürücüləri cərimələmədi. Belə ki, DYP rəhbərliyi müddətsiz olaraq, arxa şüşələrin örtməsinə icazə verə qanun qüvvəyə minənə qədər sürücüləri cərimələməyəcəyini bildirmişdi. Artıq mayın 1-dən etibarən arxa şüşələrin örtülməsinə icazə verildiyi üçün plyonka cəriməsi yenidən gündəmə gəlib. Bu barədə deputat Fazil Mustafa da fikir irəli sürərək bildirib ki, DYP cərimələrin yazılmasını bir ay daha ertələsin.

Mövzu ilə bağlı Lent.az-a danışan Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev bildirdi ki, arxa şüşələrə plyonka vurduğuna görə sürücülərin cərimələnməsi hələlik müzakirə olunmur:

“Əksəriyyət məsələni yanlış başa düşüb. Hamı elə bilir ki, mayın 1-dən sonra plyonka vuran sürücülər cərimələnəcək. Ancaq tamamilə yanlışdır. 2019-cu ilin noyabrında DYP rəhbərliyi günəş şüalarının ilboyu maşının salonuna düşməsini nəzərə alıb qərar verdi ki, müddətsiz olaraq, arxa şüşələrə hər hansı örtük vurulmasına icazə verilənədək heç bir sürücü buna görə cərimələnməsin. Məlum olduğu kimi, dekabrda parlament buraxıldı, fevralda seçkilər keçirildi. Daha sonra isə pandemiya ilə əlaqədar həmin qanunun müzakirəyə çıxarılması və müzakirəsi gecikdi. Buna baxmayaraq, bu barədə qanun qəbul olunmadığı təqdirdə mayın 1-dən sonra da arxa şüşələrə plyonka vuran sürücülər cərimələnməyəcək. Onsuz da həmin tarixdən noyabrın 15-dək arxa şüşələrə örtük vurulmasına icazə var. Yəni, qanun qəbul olunmasa belə cərimə yazılmayacaqdı. May ayında plyonka, pərdə yaxud hər ikisinin də vurulmasına icazə verildikdən sonra ictimaiyyətə açıqlama verəcəyik. Mayda qərar verilməsə belə noyabrın 15-dək gözləyəcəyik. Əks halda DYP tərəfindən cəmiyyətə açıqlama veriləcək və müəyyən məlumatlar qeyd olunacaq. DYP rəhbərliyinin tapşırğına əsasən, hazırda yol polisi əməkdaşlarımız plyonka vuran sürüclərə cərimə yazmır. Yalnız avtomobilin ön şüşələrinə plyonka vuranlar saxlanılaraq, barəsində inzibati tədbir görülür”.

Qeyd edək ki, qanunsuz olaraq, avtomobilin arxa şüşələrinə plyonka vuran sürücülər 150 manat cərimə olunur.

Bu barədə deputat Fazil Mustafa Milli Məclisin plyonkaya görə cərimələnməni ləğv etməyəcəyi təqdirdə bu təklifi verəcəyini bildirib:

"Demək "İctimai TV"-də maşınlarda olan plyonkalarla bağlı cərimə məsələsinə dair açıqlama vermişəm. Bildirmişəm ki, bu cərimələr ləğv olunmalıdır. Bunun üçün qanunvericilikdə dəyişikliyə ehtiyac var. Ən azı may ayının sonunadək DYP cərimələrin tətbiq olunması ertələsin ki, məsələyə Milli Məclisdə baxmaq mümkün olsun. Bilindiyi kimi 6 ay öncə bu cərimələr ertələnmişdi. İndi bu məsələyə biz yenidən qayıtmaq istəyirik, gündəmə gətiririk. Əgər Milli Məclisdə bu və ya digər səbəbdən baxılmasa (yəni mənim təşəbbüsüm hələ qanunun qəbul olunması demək deyildir!) o halda başqa bir variant təklif edirəm ki, heç olmazsa simvolik qiymətlər ödəməklə plyonka taxmaq icazəli olsun və buna görə sürücüləri cərimələməsinlər. Nömrə məsələsində də belədir, kim istəyir şöhrət üçün gedib bahalı saydığı nömrəni ala bilir. Kim istəmirsə, sadə nömrə ilə maşınını sürür. Bir ağıllısı konvensiyadan danışır, digəri mənim fikrimə təəccübləndiyindən, başqa birisi də nə dediyimə baxmadan rəy verir. Çıxışımın sonuncu variantla bağlı hissəsini kəsib müzakirəyə çıxarırlar. Hətta gözümün nurunu töküb kitabla bağlı paylaşım edirəm, kitab qalır bir tərəfə, orada da plyonkadan sual verirlər. Onu da deyim ki, cəmiyyətdə "zerkalnı" maşın nömrəsi, plyonka vərdişinə də açığı gülməli baxıram və hər cür imkanlarıma rağmən heç vaxt bundan istifadə etmirəm. İnsanlar niyə buna bir həyati məsələ kimi yanaşırlar, anlamaq mümkün deyil. Buna rağmən çalışdığımız odur ki, vətəndaşın üzərinə buna görə cərimə yazılmasın, vəssalam".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 23635
avatar

Mehman Nəbiyev

Oxşar yazılar