Özünümüalicə çox zaman ağır nəticələr verir - XƏBƏRDARLIQ
23 aprel 2020 09:32 (UTC +04:00)

Özünümüalicə çox zaman ağır nəticələr verir - XƏBƏRDARLIQ

Son zamanlar mövcud vəziyyətlə əlaqədar bir çox saytlarda Koronavirusun (Covid 19) müalicəsində müxtəlif dərman vasitələrinin effektivliyi, həmin dərman vasitələrinin virusun yaratdığı vəziyyətin aradan qaldırılmasında müsbət təsirləri gündəmə gətirilir və istifadəsi tövsiyə olunur.

e-tibb.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin açıqladığı məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, ümumiyyətlə, hər hansı dərman vasitəsinin qəbulu həkim nəzarəti altında olmalıdır. Çünki dərmanların səhv və nizamsız qəbulu müalicə effektinə mənfi təsir edir və insana xeyirdən çox zərər verə bilər: “Yadda saxlamaq lazımdır ki, dərmanlardan qeyri-rasional istifadə halları orqanizmdə bir çox fəsadların yaranmasına və orqanizmin zəifləməsinə səbəb olur. Bundan başqa, özünümüalicə halları çox zaman ağır nəticələr verir, rezistentlik, allergiya, əlavə təsirlər və s. kimi bir sıra fəsadlara yol açır. İnsanın sağlamlığı öz əlindədir və bu həssas dönəmdə vətəndaşları dərman qəbulunda daha diqqətli olmağa çağırırıq. Nəzərə alın ki, internet resurslarında yerləşdirilmiş qeyri-rəsmi və qeyri-peşəkar məlumatlar həqiqətə uyğun olmaya bilir və bu məlumatlara kor-koranə inanmaq sağlamlığınıza ciddi zərər vura bilər.

Hər hansı dərmanın qəbulu və istifadəsi zamanı həkim məsləhəti və təyinatı mütləqdir!”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1147
avatar

Oxşar yazılar