Oruc tutanlar göz damcısını necə istifadə edə bilər?
01 may 2020 09:18 (UTC +04:00)

Oruc tutanlar göz damcısını necə istifadə edə bilər?

Göz xəstəliklərindən əziyyət çəkənlər, eləcə də gözündə hansısa problem yaranan şəxslər daha çox damcı şəklində olan dərmanlardan istifadə edirlər. Bəzi insanlar hətta daimi olaraq göz damcıları istifadə etməyə məcburdurlar.

Oftalmoloq, tibb üzrə fəlsəfə doktoru Aynurə Əliyeva e-tibb.az-a bildirib ki, Müqəddəs Ramazan ayının gəlişi ilə oruc tutan pasientlər, vətəndaşlarımız arasında göz damlaları istifadə edənləri bir sual narahat edir-göz damlası orucumu pozurmu? Həkim bu suallara cavab olaraq bildirib ki, sağlam insan gözündə göz yaşı kanalı gözün ön səthində toplanan mayeni gözyaşı kisəsinə gözləri qırpmaqla ötürür. Göz yaşı kisəsi daxilindəki maye isə burun keçəcəyinə ötürülür, başın vəziyyətindən asılı olaraq ya burundan xaric olur ya da boğazdan udulur. Ağlayanda burun axması yaxud gözə damla tökəndə dərmanın dadının bəzən boğazda hiss olunması bu səbəbdəndir. Oruc olan şəxs belə halla üzləşəndə narahatçılıq keçirir. Xroniki damla istidəçiləri (qlaukomalı pasientlər, quruluqdan əziyyət çəkənlər, allergik konyunktivitli pasientlər) yaxud müvəqqəti müalicə məqsədilə göz damlası istifadə edənlər orucun pozulması ehtimalına qarşı nə edə bilərlər?
Gözün ön səthində toplanmış maye-dərman vasitəsinin göz yaşı kisəsinə və boğaza keçməməsi üçün yaş kanalını 1-2 dəqiqəlik təzyiq etməklə bağlamaq kifayətdir. Bunun üçün damcı gözə damladılan an şəhadət barmağıyla göz qapaqları daxili bitişməsində burunun yuxarı hissənə keçid nahiyəsini sıxmaq lazımdır: sadə sözlə, gözün iç bucağını 1-2 dəqiqəlik barmaqla basıb saxlamaq.
Din xadimləri orucun damla istifadə etməklə pozulmadığını (boğaza keçib udulmadığı halda) bildirirlər. Ehtiyata görə deyilən qaydanı tətbiq etməkləoruc olan şəxs əminliklə müalicəsini davam etdirməlidir.

Allah orucunuzu qəbul etsin, gözünüzün nurunu artırsın, amin!”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1605
avatar

Oxşar yazılar