Bu gün Azərbaycanda daha 2927 nəfər COVID-19 testindən keçib.
APA xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Məlumata əsasən, ümumilikdə 276 338 test götürülüb. Reanimasiyada olan xəstə sayı 63, süni tənəffüs cihazında olan xəstə sayı 13-dür.
Qeyd edək ki, ölkədə virusa yoluxanların sayı 4403, virusdan ölənlər 52, sağalan xəstə sayı 2819, aktiv xəstələrin sayı isə 1532 nəfərdir.