Məktəbəqədər təhsil sahəsində uşaqlar ödənişsiz psixoloji yardım almaq hüququna malik olacaqlar.
APA-nın məlumatına görə, bu, “Məktəbəqədər təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanundan məktəbəqədər təhsil sahəsində uşaqların çatışmazlıqların (nitq qüsurları, eşitmə və görmə qabiliyyətlərinin zəifliyi) korreksiya edilməsi üçün psixoloji-tibbi-pedaqoji yardım almasına dair müddəanın isə çıxarılmaıs təklif olunur.
Qanun layihəsi Milli Məclisin martın 30-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.