Martın ilk günü hava necə olacaq? – PROQNOZ
29 fevral 2020 13:50 (UTC +04:00)

Martın ilk günü hava necə olacaq? – PROQNOZ

Azərbaycanda mart ayının 1-nə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, martın 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər  bəzi yerlərdə duman olacaq.  

Şimal-qərb küləyi gündüz güclənəcək.

Havanın temperaturu  gecə 4-7 dərəcə, gündüz  8-11 dərəcə isti, Bakıda  gecə 5-7, gündüz  9-11 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 758 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq. 

Martın 1-də Abşeron yarımadasında gündüz güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi  meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında sabah arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 4-9 dərəcə, gündüz  13-18 dərəcə  isti olacaq. Dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz  4-8 dərəcə isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5610
avatar

Aygün İbrahimli

Oxşar yazılar