Nigeriyanın Delta ştatından olan qadın koronavirusa yoluxmaqdan qorunmaq üçün bir müddət etdiyi aclıq səbəbindən həyatını itirib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, 60-dan yuxarı yaşı olan və xanım Nefor kimi tanınan qadın ərini, yetkin yaşlı oğlunu və onun qız yoldaşını bir evdə oturub yeməkdən və sudan tamamilə imtina etməyə inandırıb. Onlar iki həftə müddətində təcrid şəraitində qalmağı planlaşdırıblar. Onlar həm də əmin idilər ki, bu koronavirusa yoluxmaqdan qorunmağa təminat verəcək.
Qonşular onlara yemək gətiriblər, ancaq yardımı qəbul etməyiblər və ac qalmağı davam etdiriblər. Bir neçə gündən sonra qapını sındıranda ailəni buna təhrik edən qadının öldüyü, ailənin digər üzvlərinin isə qidalanmamaq səbəbindən həddindən artıq tükəndiklərini şahidi olublar.