Koronavirusa görə orucdan imtina etmək olar? - Hacı Şahin DANIŞIR
23 aprel 2020 15:40 (UTC +04:00)

Koronavirusa görə orucdan imtina etmək olar? - Hacı Şahin DANIŞIR

Aprelin 25-də müsəlman aləmində müqəddəs aylardan sayılan Ramazan ayı başlayır.  "Qurani-kərim"-in nazil olduğu bu ayda insanlar oruc tutur və Yaradandan günahlarının bağışlanmasını diləyərlər. Məlumdur ki, hazırda dünya koronavirus pandemiyası ilə bağlı çətin bir dövrdən keçir. Bu dövr ərzində sağlamlığın qayğısına qalmaq vacibdir. Pandemiya dövründə oruc tutmaq, ya tutmamaq sualı da ortaya çıxa bilir. Ümumiyyətlə, tarixdə  hansısa epidemiyalar olan vaxt oruc tutmamaq təcrübəsi olubmu?

Lent.az-ın mövzu ilə bağlı sualını din xadimi, “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədri, Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi Hacı Şahin Həsənli cavablandırıb. O bildirib ki,
hansısa bir epidemiya dövründə oruc tutulmaması kimi təcrübə yoxdur:

"Hazırda mövcud olan  koronavirus pandemiyası da oruc tutmamağa əsas vermir. Sadəcə olaraq xəstəliyə yoluxmuş insanlar oruc tutmamalıdır. Təbii ki,  xəstələrlə təmasda olan insanlar var. Həmin insanlar, eləcə də oruc tutacaqları halda immun sistemlərinin zəifləmə  və virusa yoluxma ehtimalı olanlar oruc tutmaya bilər. Amma ondan başqa digər insanların ümumilikdə ev şəraitində oruc tutması mümkündür. Yəni xəstəlik bütün insanların orucdan imtinasına əsas vermir".

Ş.Həsənli hesab edir ki, xüsusi risk qrupuna aid olanlar, xəstələrlə təmasda olanlar həkimlə məsləhətləşə bilər  və yoluxma ehtimalı yaranırsa, həmin insanlar orucu tutmaya bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10254
avatar

Aygün İbrahimli

Oxşar yazılar