Koronavirusa görə boşananların sayı artacaq - PROQNOZ
19 mart 2020 11:08 (UTC +04:00)

Koronavirusa görə boşananların sayı artacaq - PROQNOZ


 
Boşanmalar üzrə tanınmış vəkil baronessa Fion Şeklton (onun müştəriləri arasında ser Pol Makkartni, şahzadə Uelski, Madonna və Liam Qallaher olub) koronavirus pandemiyası fonunda məyusedici proqnoz verib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, mütəxəssisin sözlərinə görə, məcburi karantin səbəbindən dünyada minlərlə cütlük bir neçə həftəlik, yaxud bir neçə aylıq öz evində bir-biri ilə üzbəüz qalıb. Belə özünütəcrid hətta sabit normal münasibətdə olan ər-arvad üçün böyük stress deməkdir. Ancaq yeni evlənən gənclər, uşaqları olan cütlüklər və problemləri olanlar üçün bu ölümcül ola bilər.

Şekltonun sözlərinə görə, son beynəlxalq onlayn konfrans zamanı mütləq bütün həmkarları proqnozla razılaşıblar ki, yaxın zamanda (karantin başa çatandan sonra) bütün dünyada boşanmalarda görünməmiş bir artım baş verəcək.

Bunun artıq Çində real olduğu bildirilir. Çinin cənub-qərbindəki Sıçuan əyalətinin Daçjou şəhərindəki nikahların qeydiyyatı üzrə menecer Lu Şitssyun jurnalistlərə deyib ki, şəhərdə artıq şəhərdə 300-dən çoxluq cütlük boşanıb. Bir neçə boşanma bürosunda isə növbə yaranıb.

Sianda da boşanmaların sayında görünməmiş bir artım var. Orada bir gündə rayon ofisinə gündə 14-ə qədər ərizə daxil olur ki, bu da yerli məclisin müəyyən etdiyi yuxarı həddi aşır.

Şekltonun sözlərinə görə, adətən boşanmaların sayı uzunmüddətli birgə məzuniyyətlərdən sonra, məsələn, yayda, yaxud Yeni il bayramı zamanı artır.

Ancaq uzunmüddətli məzuniyyət zamanı ərlə arvad yenə də bir-birindən yayına bilirlər (məsələn, idmanla məşğul olanda, dostları və qohumları ilə görüşəndə).

Mənzildə bir neçə həftə üzbəüz qalanda isə xəlvətə çəkilmək, yaxud vəziyyəti dəyişdirmək imkanının olmaması tamamilə fərqli bir məsələdir. 

Koronavirus karantininə görə dünyada boşanmaların sayının hansı həddə olacağını təsəvvür etmək isə belə çətindir.
 
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1356
avatar

Oxşar yazılar