Karantində olan qadının həyat yoldaşı: "Ailəmi özümdən çox, dövlətimizə etibar edirəm"
21 mart 2020 22:40 (UTC +04:00)

Karantində olan qadının həyat yoldaşı: "Ailəmi özümdən çox, dövlətimizə etibar edirəm"

 

“Mən bu gün ailə üzvlərimi özümdən çox dövlətimizə etibar edirəm”.

Bunu APA-ya açıqlamasında Astara Rayon Mərkəzi Xəstəxanasında karantin altında olan F.Zabidlinin həyat yoldaşı A.Ağazadə deyib.

O bildirib ki, dövlət onlara hər cür qayğı göstərir: “Həyat yoldaşım karantinə alınandan sonra oğlumun da onun yanına getməsi üçün edilən müraciətlərimizə müsbət cavab verdilər. Oğlum epilepsiya xəstəliyindən əziyyət çəkdiyi üçün həyat yoldaşım belə bir xahiş etmişdi. Ailə üzvlərimin təxliyəsi ayrıca nəqliyyat vasitəsilə 6 mart tarixində həyata keçirilib. Onlar hazırda Astata Rayon Mərkəzi Xəstəxanasında nəzarət altındadır. Onlar çox etibarlı əllərdədir. Onlardan vaxtlı-vaxtında analizlər götürülüb. Astara Rayon Mərkəzi Xəstəxanasında mənim ailə üzvlərimin yerləri yaxşıdır, yataqları rahatdır, hər gün biz əlaqə saxlayırıq. Bu cür şərait yaradan hər bir şəxsə təşəkkür edirəm”.

Bakı şəhəri 1 saylı Xəstəxanada karantin altında olan S.Beybudov da yaradılan şəraitə görə təşəkkür edib. O bildirib ki, 2015-ci ildən onkoloji xəstəlikdən əziyyət çəkir və İranda mütəmadi kimyəvi dərmanlarla müalicə kursları keçir: “2020-ci ilin yanvar ayından Tehran şəhərində idim və xəstəliyimin müalicəsinin növbəti mərhələsi özümdən ilik köçürməsi olub. Müalicə həkimi verdiyi məktubda ilik köçürməsindən sonra infeksiya tutmaması üçün ətraf mühitlə əlaqəmin mümkün mənada məhdudlaşdırılmasını tövsiyə edib. Ona görə də bu barədə xəstəxanaya müraciət ünvanladım. Müraciətim nəzərə alınaraq, Azərbaycana təxliyəm 11.03.2020-ci ildə həyata keçirilib”.

1 saylı Xəstəxanada karantin altında olan R.Syabitovun oğlu APA-ya açıqlamasında atasının uzun illərdir ağır diabet xəstəliyindən əziyyət çəkdiyini bildirib: “Atam diabet xəstəliyi nəticəsində ayağında yaranmış qanqrena simptomlarının müalicəsi üçün İrana getmişdi. Tehran şəhərində müalicəsi başa çatdıqdan sonra vətəninə qayıtmaq üçün müraciət etdi. Müraciətimizə vaxtında cavab verdikləri üçüm ilk olaraq Azərbaycanın İrandakı səfirliyinə təşəkkürümü bildirmək istəyirəm. Onlar çox dəqiq və operativ işləyirlər. Atam müraciətində səhhətinin zəif olduğunu və onun fiziki vəziyyəti nəzərə alınaraq, Azərbaycanda karantin zamanı xəstəliyinə uyğun məqbul şəraitin yaradılmasına köməklik göstərilməsini xahiş etdi. Həmçinin o, anam M.Syabitovanın da karantin müddətində atamın yanında olmasına yardımçı olmağı xahiş etmişdi. Bizim müraciətimiz nəzərə alınaraq, atamın 13 mart tarixində Azərbaycana təxliyəsi həyata keçirildi. Tehrandan Astaraya kimi gəlməyimizdə də səfirlik bizə yaxından köməklik edib. Astaraya gələndən sonra isə bizi Bakıya göndərdilər və burada 1 saylı Xəstəxanaya yerləşdirdilər. Hazırda atam karantindədir və şərait çox yaxşıdır. Bu şəraiti bizə yaratdıqları üçün dölətimizə təşəkkür edirəm. Eyni zamanda, ən böyük təşəkkür həkimlərə, tibb işçilərinə düşür”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5643
avatar

Oxşar yazılar