İstirahət mərkəzindəki 2 ayı və canavar Milli Parka verildi - FOTO
23 iyul 2020 14:16 (UTC +04:00)

İstirahət mərkəzindəki 2 ayı və canavar Milli Parka verildi - FOTO

Ağstafa rayonu "Yaşıl Göl" ailəvi istirahət mərkəzindən götürülən 2 ayı və 2 canavar Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilib. Vəhşi heyvanlar orada baytar həkim tərəfindən müayinə olunacaq və reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.

Lent.az-ıın məlumatına görə, bu barədə jurnalistlərə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib.

Onun sözlərinə görə, heyvanları qəfəsdə saxlayan restoran sahibi Söhrab Rəsulov barəsində isə akt və protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə edilib.

A.Səmədova kafe, restoran sahiblərinə çağırış edərək bildirib ki, vəhşi heyvanların istirahət mərkəzlərində qəfəslərdə saxlanılması vəhşi heyvanların mühafizəsi sahəsində mövcud olan beynəlxalq konvensiyalarla yolverilməz hesab olunur.

“Vəhşi təbiətin mühafizəsinə diqqət göstərən və öz töhfəsini verərək bu cür faktları ictimailəşdirən hər bir vətəndaşa təşəkkür edirik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3241
avatar

Oxşar yazılar