Dünyada baş verən iqlim dəyişikləri nəticəsində təbii fəlakətlər elə bir həddə çatıb ki, insanın ona təsir amilləri mümkün deyil. Bu isə dünyada qlobal problemlərin yaranmasına gətirib çıxarır.
Lent.az xəbər verir ki, bu barədə Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov müsahibəsində bildirib. O, qeyd edib ki, dünyada son dövrlər baş verən iqlim dəyişikləri nəticəsində ekosistemlərdə karbon qazı, azotun artması quraqlıq hadisələrinin baş verməsinə gətirib çıxarıb: "Onlar bitkinin inkişafına, meşə artımına səbəb olsa da, apardığımız analizlər göstərir ki, bu, bir müddət sonra həmin ərazilərdə quraqlığın başlaması və bitkilərin məhv olması ilə nəticələnə bilər. Son dövrlər bir çox xəstəliklərin, o cümlədən zərərvericilərin əmələ gəlməsində iqlim dəyişikliyi xüsusi rol oynayır”.
Alim vurğulayıb ki, bütün elm sahələri üzrə alimlər insan ölümünə səbəb olan virus mənşəli xəstəliklərin tədqiqinə diqqət ayırmalı, bu sahədə araşdırmalarını genişləndirməlidirlər.