İki telekanalın yayımı 1 saatlıq dayandırıldı, "Space" ilə bağlı...
06 may 2020 18:29 (UTC +04:00)

İki telekanalın yayımı 1 saatlıq dayandırıldı, "Space" ilə bağlı...

Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.

MTRŞ-dan APA-ya verilən məlumata görə, iclasda mayın 1-3-də ümumrespublika televiziya kanallarının efirinin monitorinqinin nəticələrinə baxılıb.

Mayın 1-də “ATV” televiziyasının efirində yayımlanan “Bəzədilmiş duvaq” bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” qanunun 40.2.2-1-ci maddəsinin tələbləri pozulub. Şura həmin qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “ATV” televiziya kanalının efirində mayın 9-da proqramların yayımının 1 saatlıq müddətədək (saat 10:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

Mayın 3-də “Lider” televiziyasının efirində yayımlanan “O qızı tapın” bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” qanunun 40.2.2-1-ci maddəsinin tələbləri pozulub. Şura həmin qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “Lider” televiziya kanalının efirində mayın 7-də proqramların yayımının 1 saatlıq müddətədək (saat 11:00-dan saat 12:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

Mayın 2-də “Space” televiziya kanalının efirində İnzibati Xətalar Məcəlləsinin 383-cü maddəsinin (teleradio proqramlarından istifadə qaydalarını pozma) pozulması faktı ilə əlaqədar kanalın cərimə olunması ilə bağlı Milli Televiziya və Radio Şurası tərəfindən inzibati xəta haqqında protokol tərtib olunub və müvafiq rayon məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5448
avatar

Oxşar yazılar