Həftənin birinci günü hava necə olacaq? - PROQNOZ
03 may 2020 11:52 (UTC +04:00)

Həftənin birinci günü hava necə olacaq? - PROQNOZ

Mayın 4-də gözlənilən hava durumu açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə mayın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. 

Mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu  gecə 13-16° isti, gündüz  19-24° isti, Bakıda  gecə 12-14° isti, gündüz  21-23° isti olacaq.

Atmosfer  təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil ecdəcək. 

Nisbi rütubət gecə 70-80 %, gündüz  40-45 % olacaq.  

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi dağlıq ərazilərdə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman.  Qərb küləyi ayrı-ayrı yerlərdə arabir  güclənəcək. Havanın temperaturu  gecə 10-15° isti, gündüz  24-29° isti, dağlarda gecə 

3-8° isti, gündüz  13-18°  isti olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9993
avatar

Oxşar yazılar