FHN ailə başçısını itirmiş 10 min ailəyə ərzaq yardımı etdi - FOTO
01 may 2020 18:28 (UTC +04:00)

FHN ailə başçısını itirmiş 10 min ailəyə ərzaq yardımı etdi - FOTO

Həssas əhali qruplarının sosial ehtiyaclarının ödənilməsi üçün dövlət tərəfindən müvafiq sosial proqramlar çərçivəsində tədbirlər görülməkdədir. Ayrı-ayrı dövlət və özəl qurumlar tərəfindən bu istiqamətdə mühüm sosial askiyalar geniş vüsət alır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) APA-ya verilən məlumata görə, Fövqəladə Hallar  Nazirliyi də ƏƏSMN ilə əməkdaşlıq şəraitində təşkil etdiyi sosial aksiya çərçivəsində ailə başçısını itirmiş ailələrə dəstəyini göstərib.

Nazirlik tərəfindən Bakı və respublikamızın bölgələrində ailə başçısını itirmiş 10 min belə ailəyə  ərzaq yardımı edilib. Ərzaq yardımları həmin ailələrin evlərinə aparılaraq onlara təqdim olunub.

 

Bu kimi sosial dəstək tədbirləri cəmiyyətimizdə həssas əhali qruplarına diqqət və qayğı ilə yanaşılması kimi yüksək milli-mənəvi dəyərlərə sadiqliyi, eyni zamanda, milli həmrəyliyi özündə təzahür etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1166
avatar

Oxşar yazılar