Ermənilərin növbəti təxribat cəhdinin qarşısı alındı
24 mart 2020 11:49 (UTC +04:00)

Ermənilərin növbəti təxribat cəhdinin qarşısı alındı


Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Goranboy istiqamətində atəşkəs rejimini kobud surətdə pozmaqla təxribat törətməyə cəhd göstərib.

Azərbaycan Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, Azərbaycan bölmələrinin sayıqlığı nəticəsində düşmənin bir hərbi qulluqçusu məhv edilib. Bir sutkaya yaxındır ki, düşmən hərbiçisinin cəsədi qoşunların səngərləri arasındakı ərazidə qalır.

Hazırda bu istiqamətdə atışma davam edir, vəziyyət bölmələrimizin nəzarəti altındadır.

Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 304

Oxşar yazılar