ƏDİLƏ HÜSEYNZADƏ
(1916-2005)
1. Əməkdar incəsənət xadimi, bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın Ədilə Hacıağa qızı Hüseynzadə1916-cı il aprelin bu günü Bakıda dünyaya gəlib. 1942-1948-ci illərdəAzərbaycan Dövlət Konservatoriyasınınxalq musiqisi şöbəsində Üzeyir Hacıbəyovdan dərs alıb. Bir çox janrlarda uğurla çalışaraq simfonik poema, simli kvartet, kantata, xor miniatürləri yaradıb. Onun Nizamininsözlərinə yazılmış "Vəslin həvəsi" romansı, habeləNəsimi,Füzuli,Natəvan,Səməd Vurğun,Nəbi Xəzri,Bəxtiyar Vahabzadə, Rəsul Rza,Nigar Rəfibəylininşeirlərinə bəstələnmiş romansları və şəksiz nailiyyəti olan "Duyğular" vokal silsiləsi musiqimizin inciləridir. O, "Arşın mal alan" operettası əsasında çəkilmiş bədii filmdə Asya rolunu səsləndirib. Uzun illərBülbüladına orta ixtisas musiqi məktəbində bəstəkarlıq fənnindən dərs deyib. 1944-cü ildənAzərbaycan Bəstəkarlar İttifaqınınüzvü olan Ədilə Hüseynzadə2005-ci il iyulun 20-də vəfat edib.
ƏJDƏR İBRAHİMOV
(1919-1993)
2. Tanınmış kinorejissor, əməkdar incəsənət xadimi Əjdər Mütəllim oğlu İbrahimov 1919-cu il aprelin 29-da Bakıda anadan olub. 1940-cı ildə Aşqabad Teatr Məktəbini, 1952-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinorejissorluq fakültəsini bitirib. 1937-1942-ci illərdə Aşqabad musiqili dram teatrında aktyorluq edib, daha sonra Bakıya qayıdaraq kinostudiyada işləyib. “Firuzə”, “Xəzər dənizinin şərqində” mənzərə filmlərini, “Azərbaycanfilm” kinostudiyasında “Bir məhəlləli iki oğlan”, “Onun böyük ürəyi” bədii filmlərini çəkib. Bir müddət Vyetnamda işlədikdən sonra “Mosfilm” studiyasında rejissor kimi fəaliyyət göstərib. “26-lar”, “Ulduzlar sönmür” bədii filmlərinə quruluş verib. “Məhəbbətim mənim, kədərim mənim” onun son filmi olub. SsenaristMarqarita Maleyevanınhəyat yoldaşı olan Əjdər İbrahimov 20 sentyabr 1993-cü ildə Moskvada vəfat edib və BakıdaFəxri Xiyabandadəfn edilib.
HƏNİFƏ ƏLƏSGƏROV
(1912-1991)
3. Bu gün Bakı şəhərinin baş memarı Hənifə Əliskəndər oğlu Ələsgərovun anım günüdür. O, 1912-ci il yanvarın 1-də müəllim ailəsində anadan olub. 1936-cı ildəAzərbaycan Sənaye İnstitutununmemarlıq fakültəsini bitirib. 1939-cu ildə Dövlət Layihə İnstitutunda Şəhərlərin planlaşdırma şöbəsinə rəhbər təyin olunub.Sonralar Azərbaycan SSR Nazirlər Soveti yanında memarlıq işləri üzrə birinci müdir müavini, Bakı şəhərinin Baş memarı vəzifəsində işləyib. O, Gəncədətoxuculuq kombinatının inzibati binası, Şuşada mehmanxana və pansionat, Bilgəhdəmüalicə məişət korpusu, Bakıda Rus Dili və Ədəbiyyatı İnstitutunun tədris korpusunun tikilməsində, Nizami və Azadlıq meydanlarının yenidən qurulmasında iştirak edib. Bakı Metropoliteninin"Qara Qarayev" stansiyasının layihəsini verən memar 50-dən çox məqalə, kitab və kitabçaların müəllifidir. SSRİ vəAzərbaycan SSR DövlətMükafatları laureatı adına layiq görülüb, 1-ci dərəcəli“Vətən müharibəsi”,“Qırmızı Ulduz”,“Şərəf nişanı” ordenləri və medallarla təltif edilib. Hənifə Ələsgərov 1991-ci ilin aprelində dünyasını dəyişib.
MİR İBRAHİM BƏY TALIŞİNSKİ
(1828-1894)
4. Azərbaycan hərbçisi, general-mayor Mir İbrahim bəy Mir İsmayıl bəy oğlu Talışinskinin xatirə günüdür. O, 1828-ci ilin iyulun 11-dəLənkəranda dünyaya göz açıb. 1845-ci ildə zabit rütbəsində xidmətə başlayıb. 1850-ci ildə Abşeron piyada polkuna göndərilib, oradakı nümunəvi xidmətinə görə podporuçik rütbəsinə yüksəlib.1849-1858-ci illərdə Turçidağ, Kutiş, Kumukda hərbi səfərlərdə, Kaytağ və Tabasaran üsyanına qarşı hərbi döyüşlərdə iştirak edib. Göstərdiyi xidmətlərə görə 4-cü dərəcəli "Müqəddəs Anna", 3-cü və 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordenlərinə layiq görülüb və müxtəlif medallarla təltif olunub. O,elmi yaradıcılıqla da məşğul olub, "Rusca-talışca lüğət" tərtib edib. Mir İbrahim bəy 1894-cü ilin aprelində Lənkəranda vəfat edib və Böyük Bazar məscidinin yanında tikdirdiyi "Yaranal xan təkyəsi"ndə dəfn olunub.