QEYSƏR KAŞIYEVA
(1893-1972)
1. Azərbaycanın ilk ali təhsilli qadın rəssamı Qeysər Seyfulla qızı Kaşıyeva 1893-cü il iyunun 7-də Tiflisdə anadan olub. Yeddi yaşında ikən Tiflisdəki qız pansionunda oxuyub, orada rus dilini öyrənib, sonra isə Qızlar Gimnaziyasında təhsil alıb.1907-1908-ci illərdə Tiflisdə incəsənəti təbliğ edən cəmiyyətin nəzdində rəssamlıq məktəbində oxuyub. Yaradıcılığının ilk dövründə Tiflisdə qadın xeyriyyə cəmiyyətlərinin keçirdiyi mədəni tədbirlər üçün afişa və məramnamələr tərtib edib. “Ziyalı qadın”, “Qoca keşikçi”, “Gürcü qızı”, “Ovçu”, “Yanğınsöndürən”, “Azərbaycan ziyalısı”, “Küpəgirən qarı”, “Azərbaycan ziyalısı” və başqa əsərlərin müəllifidir. Ona məxsus şəxsi əşya və bəzi eskizlər Milli Azərbaycan Tarixi Muzeyində, rəsm albomları Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır. Qeysər Kaşıyeva 1972-ci il aprelin 17-də vəfat edib.
MƏLİK DADAŞOV
(1924-1996)
2. Azərbaycanın xalq artisti, teatr və kino aktyoru Məlik Yusif oğlu Dadaşov 7 iyun 1924-cü ildə Bakıda anadan olub. 1950-ci ildə Azərbaycan Teatr İnstitutunu bitirdikdən sonra Akademik Dram Teatrına işə qəbul olunub. Həm komediyalarda, həm dramatik və faciə xarakterli obrazlarda, həm də lirik-psixoloji rollarda böyük uğur qazanıb. “Birisi gün, gecəyarısı”, “O dünyadan salam”, “Fəryad”, “Hacı Qara”, “Axırıncı aşırım”, “Dəli Kür” kimi filmlərdə yaddaqalan və maraqlı obrazlara ekran həyatı verib. Məlik Dadaşov 1996-cı il dekabrın 2-də Bakı şəhərində vəfat edib. Xalq artisti Rafael Dadaşovun atası, xalq artisti Brilliant Dadaşovanın əmisidir.
İMRE NAD
(1896-1958)
3. Macarıstanın görkəmli siyasi və dövlət xadimi İmre Nad1896-cı ilin bu günü MacarıstanınKapoşvarbölgəsində anadan olub. I Dünya müharibəsibaşlayan zaman Avstriya-Macarıstan ordusuna çağırılaraq, Şərqcəbhəsinə göndərilib.1915-ci ildərus ordusuna əsir düşəndən sonra bolşevikideologiyasının təsirinə düşüb. Əsirlikdən sonraRusiya Kommunist Partiyasına vəQızıl Orduya üzv olub. II Dünya müharibəsindən sonraMacarıstan Kommunist Partiyasının nümayəndəsi kimi Kənd Təsərrüfatı naziri, Daxili İşlər naziri, Macarıstan Milli Məclisinin sədri və Nazirlər Şurasının sədri vəzifələrində çalışıb.1956-cı ilin oktyabr-noyabr aylarında baş verən Macar inqilabı zamanı xalqın tələbi ilə yenidən Nazirlər Şurasının sədri seçilib. Ölkədə çoxpartiyalı sistemə keçildiyini, Macarıstanın Varşava Paktından çıxdığını və bitərəf dövlət olduğunu elan edib. Macar inqilabısovetqoşunları tərəfindən yatırıldıqdan sonra Budapeştdəki Yuqoslaviya səfirliyinə sığınıb, lakin aldadılaraq sovetqüvvələri tərəfindən həbs edilib. "Vətən xainliyində" və "Macarıstan Xalq Demokratik Respublikasını devirməyə cəhd etməkdə" ittiham edilən İmre Nad edama məhkum edilib və 1958-ci il iyunun 16-da edam edilib. Macarıstanda kommunist rejiminin süqutundan sonra 1989-cu ildə ona Milli Qəhrəman adı verilib.
MÜƏMMƏR QƏDDAFİ
(1942-2011)
4. Liviyadövlət və hərbi xadimi Müəmmər Qəddafi1942-ci il iyunun 7-də Sirt şəhərində anadanolub. 1965-ci ildə Benqazidəkihərbi kolleci leytenant rütbəsində bitirib, 1966-cı ildə hazırlıq səviyyəsinin artırılması üçünBöyük Britaniyayagöndərilib vəkapitanrütbəsi alıb. 1967-ci ildəkialtı günlük müharibəzamanı öz tabeliyindəki hərbi birlikləri Liviya kralıI İdrisdən xəbərsizCamal Əbdül Nasirəkömək üçün göndərməsi ilə ərəb dünyasında məşhurluq qazanıb. 1969-cu ildə hakimiyyəti ələ keçirərək, ölkədə monarxiyanın ləğv olunduğunu bəyan edib. 1977-ci ildən isə dövlət tam olaraq Liviya Sosialist Xalq Ərəb Cəmahiriyyəsi adlanıb. Ziddiyyətli bir şəxsiyyət kimi tanınan polkovnik Qəddafi ölkəni 42 il idarə edib. Onun hökmranlığına Tunis və Misirdə olduğu kimi, 2011-ci ilin fevral ayında başlayan kütləvi “ərəb baharı” son qoyub. 2011-ci il oktyabrın 20-də Sirtşəhərinə daxil olan üsyançılar Qəddafini vəhşicəsinə öldürüblər.
ORXAN PAMUK
(1952)
5. Türkiyənin dünya şöhrətli yazıçısı, Nobel mükafatı laureatı Orxan Pamuk 7 iyun 1952-ci ildə İstanbulda anadan olub. İstanbuldakı Amerika liseyində oxuyub. Uşaqlıqdan rəssam olacağını xəyal edib. Üç il İstanbul Texniki Universitetində memarlıq təhsili aldıqdan sonra memar və rəssam olmayacağına qərar verib və yenidən İstanbul Universitetində jurnalistika təhsili alıb. 23 yaşından sonra romançı olmağa qərar verib və yazmağa başlayıb. 1982-ci ildə "Cövdət bəy və oğlanları" adlı ilk romanı çapdan çıxıb. "Mənim adım qırmızı" dünya miqyasında postmodern romanının ən yaxşı nümunələrindən biri sayılmaqdadır. Orxan Pamuk "Səssiz ev", "Qara kitab", "Yeni həyat", "Qar" romanlarının, "İstanbul. Xatirələr və şəhər" memuarının və "Digər rənglər" adlı esselər kitabının da müəllifidir. OrxanPamuk2007-ciilinfevralayındanABŞ-dayaşayır.
RAMİZ FƏTƏLİYEV
(1946)
6. Azərbaycanın xalq artisti, kinossenarist Ramiz Məmmədəli oğlu Fətəliyev 1946-cı ilin günü Bakıda anadan olub. 1972-ci ildə Moskvada ali rejissorluq və ssenaristlər kursunu bitirib. Respublika qəzet və jurnallarında əsərləri çap olunub. 1974-1975-ci illərdə "Azərbaycanfilm" kinostudiyasında ssenari-redaksiya kollegiyasının üzvü olub, 1985-1986-cı illərdə kinostudiyada baş redaktor, 1986-1995-ci illərdə isə direktor vəzifələrində çalışıb. 1987-1991-ci illərdə Siyasi və detektiv romanların Sovet Assosiasiyasının vitse-prezidenti, 1990-1995-ci illərdə əvvəlcə Azərbaycan Ali Sovetinin deputatı, sonra Milli Məclisin üzvü olub. Ramiz Fətəliyevin ssenariləri üzrə “Azərbaycanfilm”də və SSRİ-nin müxtəlif kinostudiyalarında onlarla film çəkilib. Ramiz Fətəliyev Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Milli Kino Mükafatına layiq görülüb.
GÜLAĞA MƏMMƏDOV
(1925-1994)
7. Azərbaycanın xalq artisti, müğənni Gülağa Allahverdi oğlu Məmmədovun xatirə günüdür. O, 1925-ci il iyunun 28-də Lənkəranın Kiçik Bazar adlanan məhəlləsində anadan olub. Bakıda boya-başa çatıb. Atası çəkməçi, anası evdar qadın olub. Uşaqlıqdan musiqiyə böyük marağı olub. 12 yaşında olarkən təsadüfən küçədə səsi ilə Üzeyir Hacıbəyovun diqqətini cəlb edib və məhz onun dəstəyi ilə 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyünün iştirakçısı olub. 15 yaşında Səid Rüstəmovun ansamblına qəbul edilib və daha sonra Konservatoriyada təhsil alıb. Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblında, Dövlət Musiqili Komediya Teatrında işləyib. 1952-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin xalq çalğı alətləri ansamblının solisti olub. 600-dən artıq xalq və bəstəkar mahnıları oxuyub. 15-dən çox bədii filmdə, teatr tamaşalarında xarakterik musiqi nömrələri ifa edib. Gülağa Məmmədov 7 iyun 1994-cü ildə vəfat edib.
BAYRAM MƏMMƏDOV
(1970-1992)
8. Şəhid Bayram Məhəmməd oğlu Məmmədovun anım günüdür. O, 22 mart 1970-ci ildə Laçın rayonunun Minkənd kəndində doğulub. Burada orta məktəbi bitirdikdən sonra 1988-1990-cı illərdə Rusiya Federasiyasının Orenburq vilayətində hərbi xidmətdə olub. 20 fevral 1990-cı ildə Xüsusi Təyinatlı Polis dəstəsinə qəbul olunub və Qarabağ uğrunda müharibəyə qatılıb. 1992-ci il iyunun 7-də döyüşlərin birində qəhrəmancasına həlak olub və Bakının Şəhidlər Xiyabanında dəfn edilib. Bayram Məmmədov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.