Dövlətin yardım paketindən kimlər yararlanacaq? - DEPUTAT AÇIQLADI
01 aprel 2020 15:42 (UTC +04:00)

Dövlətin yardım paketindən kimlər yararlanacaq? - DEPUTAT AÇIQLADI

 

“Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durur. Bu gün koronavirusun vurduğu ziyana qarşı mübarizə istiqamətində atılan bütün addımların məqsədi insanların sağlamlığını qorumaq, onların təhlükəsizliyini təmin etməkdir”.

Lent.az xəbər verir ki, bu sözləri "APAralel" verilişinin qonağı - Milli Məclisin İqtisadi siyasət, sənaye, sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili dövlətin koronavirusla bağlı mübarizə tədbirləri haqqında sualları cavablandırarkən deyib.

Koronavirusun ölkəyə, sahibkarlara və çalışanlara vurduğu ziyanı konpesasiya etmək üçün görülüən tədbirlərə toxunan deputat bildirib ki, bu gün əsas məsələlərdən biri işə çıxa bilməyən, çalışdıqları müəssisələrdə işləri dayandırılan işçilərin əmək haqlarının ödənilməsi ilə bağlıdır: “Sahibakrlardan bəzən belə siqnallar gəlirdi ki, müəssisə işləmirsə, çalışanları ixtisar olacaq, yaxud əmək haqqı verilməyə bilər. Ölkə prezidenti də dəfələrlə çağırış edib ki, ixtisarlar olmasın, çünki bu müvəqqəti haldır. Koronavirusla Mübarizəyə Dəstək Fonduna sahibkarların dəstək göstərməsi onu göstərdi ki, Azərbaycanda kooperativ məsuliyyət yüksəkdir. Qısa müddətdə Fonda yığılan məbləğ 100 milyonu keçib. Evdə qalan işçilərin əmək haqqı fondunun 50 faizini dövlət sahibkarlara ödəyəcək. Bu addım 304 min işçini əhatə edəcək. Koronavirusun vurduğu ziyandan 292 min fərdi sahibkar da təsirlənəcək. Yəni, ümumillikdə 600 minə yaxın insan dövlətin dəstək proqramından yararlanacaq”.

Komitə sədri bildirib ki, sahibkarların 2019-cu ildə ödədiyi vergi göstəricisi əsasında təxmini gəliri müəyyən olunacaq və o gəlirin karantin müddətinə düşən böyük bir hissəsi dövlət tərəfindən ödənəcək: “Əmək müqaviləsi olmayan günəmuzd işləyənlər üçün dövlətin yardımı ilə bağlı ayrıca proqram olacaq. İqtisadi proqram daha çox iqtisadi cəhətdən dövlətin qeydiyyatında olan, müqaviləsi olanlar üçün nəzərdə tutulur. Bu dəstək proqramı həm də onu göstərir ki, insanların fəaliyyəti leqallaşdıqca, dövlət insanı tanıdıqca daha çox yardım edə bilir”.

T.Mirkişili kommunal xərclər məsələsinə də toxunub: “İnsanlar evdə qaldıqca elektrikdən daha çox istifadə edir. Buna görə də 300 kilovat saatlıq limit 400 kilovat saata qaldırılır. Yəni 400 kilovata qədər istifadə olunan elektrik enerjisi 11 deyil, 7 qəpikdən hesablanacaq. Bundan başqa, sosial yardım paketində dövlət pullu oxuyan tələbələrin ödənişlərinin bir hissəsinin ödənilməsində dəstək olacaq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4451
avatar

Aygün İbrahimli

Oxşar yazılar