Cənub bölgəsində elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
04 fevral 2020 15:54 (UTC +04:00)

Cənub bölgəsində elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB


"Azərişıq" ASC Azərbaycan ərazisində müşahidə olunan güclü küləklə əlaqədar ölkənin bəzi ərazilərində elektrik enerjisinin verilişini müvəqqəti dayandırıb.

ASC-dən "APA-Economics"ə verilən məlumata görə, güclü külək ölkənin Cənub bölgəsində bir sıra fəsadlar törədib. Külək bu regionda elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub.

Şimal bölgəsində də güclü külək yaranıb. Belə ki, Xaçmaz, Yalama, Qobustan və Xırdalan, xüsusi ilə Qobu, Güzdək, Şankar ərazilərində yaranan güclü külək bu regionlardakı infrastruktura zərər vurub. Baş verə biləcək qəza hallarının qarşısını almaq üçün "Azərişıq" qabaqlayıcı tədbirlər görür. Bu səbəbdən də bəzi ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti olaraq dayandırılıb. Külək səngidikdən sonra tez bir zamanda elektrik enerjisinin verilişi bərpa ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1648
avatar

Oxşar yazılar