Bu şəhərlərdən digər rayonlara gediş-gəliş QADAĞANDIR
01 may 2020 17:45 (UTC +04:00)

Bu şəhərlərdən digər rayonlara gediş-gəliş QADAĞANDIR

“Bakı, Abşeron, Gəncə və Lənkərandan digər rayonlara gediş-gəliş qadağası qüvvədə qalır”. 

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin müddətinin mayın 31-dək uzadılmasına həsr edilmiş mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib. 

İ. Məmmədov deyib ki, karantindən əvvəl başqa rayonlara gedənlər Bakıya qayıda bilər: “Kütləvi tədbirlərlə bağlı qadağa da hazırkı mərhələdə qalır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 29104
avatar

Oxşar yazılar