Bu şəhərdə və rayonda koronavirusa yoluxma artıb - TƏBİB sədri
01 may 2020 17:39 (UTC +04:00)

Bu şəhərdə və rayonda koronavirusa yoluxma artıb - TƏBİB sədri

“Son günlər Gəncə və Lənkəran şəhərlərində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmanın artdığı müşahidə edilir”.
 
APA-nın məlumatına görə, bunu bü gün Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin müddətinin mayın 31-dək uzadılmasına həsr edilmiş mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
 
R. Bayramlı qeyd edib ki, burada tibb müsəsisələrinin işində korreksiyaya ehtiyac var: “Son günlər bu işin nəticəsini görürük və vətəndaşlarımızı daha məsuliyyətli olmağa dəvət edirik”.

TƏBİB-in sədri vurğulayıb ki, “yaşıl zona” yoluxmanın olmadığı, “sarı zona” 50-dən az yoluxmanın olduğu, 50-dən çox yuxarı yoluxmanın olduğu ərazilər “narıncı zona”, 100-dən çox yuxarı yoluxmanın olduğu ərazilər isə “qırmızı zona”lardır: “Sarı zona”da qabaqlayıcı, “narıncı zona”da orta səviyyəli, “qırmızı zona”da sərt karantin qaydaları tətbiq ediləcək. Hələlik Azərbaycanda “sarı zona” və “narıncı zona” var”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2779
avatar

Oxşar yazılar