Sentyabrın 18-i gün ərzində suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Lent.az-a “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Magistral su xəttində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar Maştağa Subtropik və Maştağa Meyvəçilik yaşayış massivlərinə, həmçinin Şuşa şəhərciyi və ətraf ərazilərə içməli suyun verilməsində məhdudiyyət olacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.