QidaTəhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 60 ictimai iaşə obyekti, 171 ərzaq satışı mağazası olmaqla ümumilikdə reyd keçirib.
Qurumdan Lent.az-a bildirilib ki, sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 84-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə
“Laçın”, “Oba”, “Nuray”, “Al market”, “Oba”, “Yeni şəhər”, “Dünya”, “Bax belə”, “Elman”, “Ay”, “Yeni”, “Bazarstore”, “Leyla”, “Bazarstore”, “Araz supermarket”, “Qasım” ərzaq mağazaları, Məmmədova Rufa Ələddin qızına, Əzizov Ramil Fərruxpaşa oğluna, Sədrayeva Xuraman Xoşbəxt qızına, Rəhmətov Abı Məti oğluna, Ağayev Sadiq Taleh oğluna, Şıxıyev Rəşadət Kamal oğluna, Əsədov Orxan Babaverdi oğluna, Quliyeva İradə Kamal qızına, Mirzəyev Bəhruz Qurban oğluna məxsus marketlər
Digər rayon və şəhərlər üzrə:
Sumqayıt şəhərində “Ordubad”, “Sərfəli”, “Məhlə” və “Taleh” marketlər
Xaçmaz rayonunda Mehyəddinov Nicat Ənvər oğluna, Həsənov İlkin Elmiyar oğluna, Əzizov Nizaməddin Şirinbala oğluna məxsus kafelər, Müslümov Emin Ağasıbala oğluna məxsus ərzaq mağazası
İsmayıllı rayonunda “Bolluq”, “Orxan” marketlər, Abdullayev Çingiz Məmmədağa oğluna, Ramazanov Nahid Maarif oğluna, Atayev Ağasəf Əsəd oğluna, Əhmədov Sənan Kəbleyi oğluna məxsus kafelər, Hüseynov Elşən Eldar oğluna, Osmanov Sadiq Haqverdi oğluna, Salmanov Rəfail Həmid oğluna məxsus ət satışı mağazaları, Bayramova Ellada Əlisahab qızına məxsus şirniyyat mağazası
Ağsu rayonunda Şirəliyev Sadiq İlham oğluna, Fətiyev Şahin Fəti oğluna məxsus ərzaq mağazaları
Kürdəmir rayonunda “Bolmart”, “Qardaşlar” marketlər, Cəbrayılov Elxan Rəhim oğluna məxsus ərzaq mağazası
Şamaxı rayonunda “Səid” market, Şirinov İlqar Durqardaş oğluna, Musayev Hikmət Sovqat oğluna və Hacıyev Paşa Hacgül oğluna məxsus ət satışı mağazaları
Sabirabad rayonunda “Oba” və “Al” marketlər və Əliyev Müşfiq Səhrab oğluna məxsus ərzaq mağazası
Bərdə rayonunda “Yaşıl Tac” kafe, Fətullayev Knyaz Savalan oğluna, Nadirov Amil Bəbir oğluna, Qafarov Mübariz Süleyman oğluna, Rəsulzadə Taleh Sahib oğluna məxsus kafelər və Mürsəlov Pərviz Əziz oğluna məxsus ərzaq mağazası
Yevlax rayonunda Abdullayev Etibar Surxay oğluna, Əliyeva Elmira Şəmil qızına, Əlihəsənov İqbal Heydər oğluna, Sadıqzadə Orxan Hüseyn oğluna, Abdullayev Anar Tahir oğluna, Məmmədov Rəhim Nəbi oğluna məxsus marketlər
Qəbələ rayonu, Zarağan kəndində “Bazarstore”, Qafarlı Anar Rafəddin oğluna məxsus market
Zaqatala şəhərində “Bazarstore”
Şəki şəhərində Səlimov Vüqar Nəcbəddin oğluna məxsus “Miraj” ərzaq mağazası
Qax rayonunda “Oba” market
Lənkəran şəhərində “Refem” və “Aura” ərzaq mağazaları
Gəncə şəhərində “Əminə-Premium” və “Sultan” ərzaq mağazaları
Gədəbəy rayonunda “Qaya”, “Qala”, “Qoşa bulaq”, “Bala Narzan” kafeləri
Şəmkir rayonunda “Xəmsə”, “Kür balığı”, “Yaşıl”, “Ceyhun” və “Ocaq” kafeləri, “Natiq” ərzaq mağazası.
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.