Bu çimərliklərə getməyiniz məsləhət deyil - Rəsmi AÇIQLAMA
04 may 2020 11:05 (UTC +04:00)

Bu çimərliklərə getməyiniz məsləhət deyil - Rəsmi AÇIQLAMA

Xəzər dənizinə antropogen təsirlərin müəyyən edilməsi və dəniz suyunun çirklilik səviyyəsinin öyrənilməsi məqsədilə növbəti monitorinq Binəqədi, Sabunçu, Xəzər rayonlarının və Sumqayıt şəhərinin Xəzər sahili ərazilərində keçirilib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a bildirilib ki, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən eyni zamanda Kürdəxanı və Zığ qəsəbələrindən dənizə tullantı sularının axıdılması ilə bağlı Nazirliyə daxil olan şikayətlər də araşdırılıb. 

Kürdəxanı və Zığ qəsəbəsindəki axarlardan götürülmüş su nümunələrinin təhlili bu ərazilərdə çirklənmə səviyyəsinin normadan artıq olduğunu göstərib. 

Ümumilikdə aparılan monitorinqlərin nəticəsində məlum olub ki, bəzi ərazilərdə dəniz suyunun çirklənmə səviyyəsində cüzi azalma müşahidə edilib ki, bu da karantin dövründə ictimai-iaşə obyektlərinin işləməməsi ilə əlaqədardır.

Lakin hələ də bəzi yerlərdə dəniz suyunda çirklənmə göstəriciləri normadan artıqdır. Buna səbəb isə ərazilərdə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinin olmaması və yaşayış massivlərində formalaşan tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdılmasıdır.

Məlumatda qeyd olunub ki, belə halların çimərlik mövsümünədək aradan qaldırılması üçün çirkləndiricilərə  müvafiq tapşırıqlar verilib, xəbərdarlıq-bildiriş məktubları göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3057
avatar

Aygün İbrahimli

Oxşar yazılar