Birdəfəlik ödəmə verilməsindən imtinanın SƏBƏBİ
30 aprel 2020 13:30 (UTC +04:00)

Birdəfəlik ödəmə verilməsindən imtinanın SƏBƏBİ

Birdəfəlik ödəmə (190 manat) proqramı işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlılar üçün nəzərdə tutulub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu ödəməni almaq üçün  müraciətlərin e-sistem-də emalı zamanı Daxili İşlər Nazirliyinin müvafiq informasiya bazasından əldə edilən məlumatlar əsasında 19 min 200 şəxsin adında 2 və daha çox avtomobil olduğu müəyyənləşdirilib. Həmin vətəndaşlara birdəfəlik ödəmə verilməsindən imtina olunub və bu barədə onlara SMS göndərilib. 

Birdəfəlik ödəmə almaq üçün edilən bütün müraciətlərə müxtəlif dövlət qurumlarına məxsus olan ümumilikdə 25-dək elektron informasiya sistemlərindən əldə edilən məlumatlar əsasında baxılaraq, nəticəsinə əsasən obyektiv qərar verilir. 

Birdəfəlik ödəmələr ünvanlılıq prinsipi əsasında, aztəminatlılıq meyarlarına uyğun gələn şəxslərə təyin olunur.

Hazırda da müraciətlərə baxılması  prosesi davam edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1900
avatar

Aygün İbrahimli

Oxşar yazılar