Bakıda mağazalarda endirim kampaniyaları qadağan edilib? - AÇIQLAMA
19 mart 2020 12:25 (UTC +04:00)

Bakıda mağazalarda endirim kampaniyaları qadağan edilib? - AÇIQLAMA

Bakıda əhalinin mağaza və ticarət mərkəzlərinə gəlməsinin qarşısını almaq üçün endirim kampaniyaları qadağan edilib.

Lent.az  FED.az-a istinadən xəbər verir ki, bu barədə ticarət sektorunda çalışanlar bildirib.

Məlumatda göstərilib ki, Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) ticarət mərkəzlərinə və mollara görülməsi lazım olan profilaktik tədbirlər haqqında icarədarlara təlimat paylayıb. 

Təlimatda əsasən koronavirusdan qorunmaq üçün personalın dezinfeksiya tədbirləri əksini tapıb.

Bundan başqa, uşaq əyləncə zonalarının fəaliyyətinin dayandırılması; ərzaq satışı ilə məşğul olan obyektlərin evlərə ərzaq çatdırılması xidmətlərinin işə salınması; kassa qarşısında və ya digər yerlərdə növbələrin vətəndaşlar arasında iki metrlik məsafədə saxlanılmaqla təşkil edilməsi və sair əksini tapıb.

Amma təlimatın maraqlı hissəsi ticarət obyektləri ilə bağlıdır. Əvvəla, bütün obyektlərdə iş rejimi saat 21:00-dək müəyyən edilib. Halbüki Nazirlər Kabinetinin təlimatlarında saat 21:00-dək işləmək qadağası yalnız restoran və kafelərə aid idi.

Bundan başqa, təlimata görə, insanları ticarət və alış-veriş mərkəzlərinə getməyə təşviq edən endirim və digər aksiyalar qadağan edilib. Mağazalarda, hətta “Endirim plakatlarının” yığışdırılması və “Online endirm kampaniyaları”nın dayandırılması belə qeyd olunub.

Ticarət obyektlərinin sahibləri FED.az-a bildirib ki, məhz bu səbəbdən indi demək olar heç bir AVM-də endirim kapaniyası keçirilmir, hətta internetdəki endirim kampaniyaları da dayandırılıb.

Bakı şəhər İcra Hakimiyyətindən gələn göstərişdə bu tədbirlərə əməl etməyən obyektin cavabdeh şəxsləri barəsində ciddi tədbirlərin gürlməsi barədə də xəbərdarlıq edib.

Sözügedən məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətindən Lent.az-a belə bir göstəriş verilmədiyi bildirilib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1411
avatar

Oxşar yazılar