Badam hansı xəstəlikləri "müalicə" edir?
26 may 2020 19:44 (UTC +04:00)

Badam hansı xəstəlikləri "müalicə" edir?


Badamın faydaları haqda hər zaman deyilir, yazılır. Son illərdə aparılan araşdırmalar badamın ən faydalı qidalardan biri olduğunu sübut edir. e-tibb.az badamlaın faydaları barədə Türkiyə mediasında yayılan daha bir məlumatı təqdim edir: 

Badam yemək demək olar ki, həyat xilas edə bilər. Araşdırmalara əsasən, az miqdarda quru meyvə, qoz-fındıq qəbulu ürək-damar xəstəliklərinin inkişaf riskini artırır. Quru meyvələr arasında isə badam ən faydalı hesab olunur. Badam həm də dəridə yaranan sızanaqları azaldır. Ağır sızanaq problemləri olan xəstələrin qanında çox az, təxminən 9% E vitamini olur. Badam isə E vitamini və sızanaq müalicəsində istifadə olunan antioksidantlarla çox zəngindir. Hər gün badam yeməklə dəri gözəlləşər, sızanaq problemi aradan qalxar. 

Badam diabet müalicəsinə də kömək edir. 2-ci tip diabet xəstələri (insulindən asılı olmayan) hər gün badam yeyərlərsə, vəziyyətlərində yaxşılaşma müşahidə olunur. Badam "pis xolesterolu", damarların tıxanmasını azaldır, həm də tərkibindəki minerallar sayəsində qanda şəkərinin aşağı düşməsinə kömək edir.

Doğuşdan sonra badam yeməklə əvəlki vəziyyətə qayıtmaq olur. Hindistanda bağırsaqların işini tənzimləmək və enerji qazanmaq üçün təbii vasitə olan badam yemək ənənəsi var. Badam qədim hind-Ayurveda pəhrizlərinin vacib tərkib hissəsidir. Bu pəhrizdə qadınlara tez bir zamanda əvvəliki vəziyyətlərinə qayıtmaları, doğuş zamanı meydana gələn problemlərin aradan qalxması üçün hər gün badam yemək tövsiyə olunur.

Badam körpənin zəkasının inkişafına müsbət təsir göstərir. İspaniyalı alimlərinin 2 mindən çox hamilə qadını müşahidə edərək apardıqları araşdırmaya görə, hamilə qadının həftədə 74 qram badam yeməsi körpənin zehniyyətinə müsbət təsir göstərir. Təcrübə zamanı həm də uşaqlar 1,5 və 8 yaşlarında müşahidə edilib. Hamiləlik dövründə anaları badam yeyən uşaqlar zəka testlərində daha yüksək nəticə göstəriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6247
avatar

Oxşar yazılar