Azərbaycanda sərhədlər bu tarixədək bağlı qalacaq - RƏSMİ
29 aprel 2020 12:03 (UTC +04:00)

Azərbaycanda sərhədlər bu tarixədək bağlı qalacaq - RƏSMİ

Azərbaycan Respublikasının dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət 31 may 2020-ci il tarixinədək uzadılır.

Bu barədə Lent.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumatda bildirilir ki, hazırda dünya dövlətləri tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri davam edir:

"Həyata keçirilən tədbirlər çərçivəsində əksər dövlətlər öz sərhədlərində  giriş-çıxışa müvəqqəti olaraq məhdudiyyətin tətbiqi barədə qərar verərək beynəlxalq uçuşları təxirə salınıb.

COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilmiş və virusun ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 31 may 2020-ci il tarixədək uzadılıb". 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8999
avatar

Oxşar yazılar