Azərbaycanda ən soyuq aprel ayı nə vaxt olub? - AÇIQLAMA
29 aprel 2020 19:09 (UTC +04:00)

Azərbaycanda ən soyuq aprel ayı nə vaxt olub? - AÇIQLAMA

Temperaturun dəyişməsi, bəzi günlərdə daha çox aşağı düşməsi aprel ayı üçün xarakterikdirmi? Son illərin ən soyuq aprel ayı nə zaman müşahidə olunub?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mi­lli Hidrometeorologi­ya Departamentinin baş hidroloqu Asif Verdiyev mövzu ilə bağlı Lent.az-a açıqlama verib.

Havanın temperaturunda yaxın iki gün ərzində ciddi dəyişiklik gözlənilmədiyini deyən baş hidroloq hazırda Bakıda və Abşeron yarımadasında müşahidə olunan temperaturun iqlim normasından iki dərəcə yüksək olduğunu deyib: "Aprelin 30-da Bakıda əsasən dəyişkən buludlu və yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin ayın 30-da gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Aprel ayının əvvəlki illərlə müqayisəsinə gəlincə, ən soyuq aprel ayı Bakıda 2009-cu ildə müşahidə olunub. Eyni zamanda, ayrı-ayrı illərdə belə küləkli hava şəraiti də müşahidə olunub. Bölgələrin dağlıq ərazilərində son günlər yağan qarı götürsək, əvvəlki illərdə də belə qar yağması müşahidə olunub. Xüsusilə, 2019-cu ilin aprel ayında belə analoji vəziyyət yaranmışdı.Yəni ayrı-ayrı illərdə belə aprel ayı müşahidə olunub".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4995
avatar

Aygün İbrahimli

Oxşar yazılar