Azərbaycanda ən ağır koronavirus xəstələri onlardır - VİDEO
02 may 2020 12:44 (UTC +04:00)

Azərbaycanda ən ağır koronavirus xəstələri onlardır - VİDEO

AzTV-də növbəti dəfə Azərbaycanda koronavirusa yoluxmuş xəstələrin müalicə aldığı xəstəxanalardan birindən görüntülər paylaşılıb.

Lent.az xəbər verir ki, bu dəfə lentə alınan şəxslər ölkədə ən ağır koronavirus xəstələridir.

TƏBİB-in müalicə işləri üzrə koordinatoru Fərrux Sədirov bildirib ki, xəstələrdən 5-i süni tənəffüs aparatına bağlıdır, vəziyyətləri kritikdir. Onun sözlərinə görə, şöbələrdə və intensiv terapiya blokunda yatanlarla bərabər vəziyyəti ağır olan 17 xəstə var.

Süjet AzTV-nin “Xəbərlər” informasiya proqramında efirə gedib.

Qeyd edək ki, AzTV-nin əməkdaşları bundan əvvəl də koronavirus xəstələrinin müalicə aldığı xəstəxanalardan reportajlar hazırlayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3543
avatar

Oxşar yazılar