Azərbaycanda koronavirusa təkrar yoluxma varmı? – RƏSMİ CAVAB
04 may 2020 15:14 (UTC +04:00)

Azərbaycanda koronavirusa təkrar yoluxma varmı? – RƏSMİ CAVAB

Koronavirus pandemiyasının qorxudan tərəflərindən biri də xəstəlikdən sağalanların təkrar yoluxması ilə bağlıdır. Koronavirusdan sağalanların təkrar yoluxması faktı Çin də daxil olmaqla bir çox ölkələrdə qeydə alınıb.

Bəs Azərbaycanda necə, yoluxanlar arasında sağaldıqdan sonra təkrar yoluxanlar varmı?

TƏBİB-dən Lent.az-a bildirilib ki, bu günə kimi Azərbaycanda koronavirusa təkrar yoluxma faktı qeydə alınmayıb.  

Qeyd edək ki, bu günə kimi ölkədə 1932 koronavirusa yoluxma faktı qeydə alınıb.

Onlardan 1441 nəfəri sağalıb.

25 nəfər isə vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8700
avatar

Aygün İbrahimli

Oxşar yazılar