Azərbaycanda hərbi xidmətə çağırış başladı
01 may 2020 16:01 (UTC +04:00)

Azərbaycanda hərbi xidmətə çağırış başladı

Mayın 1-dən çağırışçıların müəyyən edilmiş qrafik əsasında xidmət yerlərinə göndərilməsinə başlanılıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) Lent.az-a verilən xəbərə görə, koronavirus infeksiyasının (COVID-19) Azərbaycan Respublikasının ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün xüsusi karantin rejimi tətbiq edilİB və ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə həyata keçirilən təxirəsalınmaz tədbirlər çərçivəsində müddətli həqiqi hərbi xidmətə çağırılan gənclərin sağlamlığı ilə bağlı mümkün risklərə yol verilməməsi məqsədilə 2020-ci ilin aprel çağırışının müddəti may ayının 31-dək uzadılıb. 

Prezident İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq 2002-ci ildə doğulmuş və 2020-ci il aprelin 30-dək 18 yaşı tamam olmuş, habelə 1985–2001-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX)  tərəfindən 2020-ci il mayın 31-dək müddətli həqiqi hərbi xidmətə yola salınacaqlar.

Azərbaycan Respublikasında 2020-ci ilin may ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı SHXÇDX tərəfindən  aprelin 22-də SMS vasitəsilə məlumatlandırılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1978
avatar

Oxşar yazılar

Bu gecə Qaxa  dolu yağıb   - FAKTİKİ HAVA

Bu gecə Qaxa dolu yağıb - FAKTİKİ HAVA

14 iyun 2024 , 10:52
Bu il məzun olan şəhid övladları - SİYAHI

Bu il məzun olan şəhid övladları - SİYAHI

14 iyun 2024 , 10:05
Bakının 3 rayonu və Xudat qazsız qalacaq

Bakının 3 rayonu və Xudat qazsız qalacaq

14 iyun 2024 , 09:45
Bakıda bu yollarda sıxlıq var

Bakıda bu yollarda sıxlıq var

14 iyun 2024 , 08:35
Azərbaycanda “Son zəng”  qeyd edilir

Azərbaycanda “Son zəng” qeyd edilir

14 iyun 2024 , 08:00
İyunun 14-nün ULDUZ FALI:  Məhsuldar gün olacaq, əylənməyə vaxt ayırın

İyunun 14-nün ULDUZ FALI: Məhsuldar gün olacaq, əylənməyə vaxt ayırın

14 iyun 2024 , 00:01
Ermənilər Naxçıvanı atəşə tutdu

Ermənilər Naxçıvanı atəşə tutdu

13 iyun 2024 , 21:34
Sevindirici PROQNOZ:  Yerin havası tezliklə sərinləşəcək

Sevindirici PROQNOZ: Yerin havası tezliklə sərinləşəcək

13 iyun 2024 , 20:15