Azərbaycanda daha 137 nəfər COVID-19-a yoluxub, 140 nəfər sağalıb,  3 nəfər vəfat edib
06 sentyabr 2020 16:59 (UTC +04:00)

Azərbaycanda daha 137 nəfər COVID-19-a yoluxub, 140 nəfər sağalıb, 3 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 137  yeni yoluxma faktı qeydə alınıb, 140 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3  nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə  37 329 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 705  nəfər müalicə olunaraq sağalıb, 548 nəfər vəfat edib, aktiv xəstə sayı  2076 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6612, ötən müddət ərzində isə ümumilikdə 963 104   test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3082
avatar

Oxşar yazılar