AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində (LREM) çay və sitrus bitkiləri ilə paralel olaraq tropik-subtropik quayava (Psidium quayava) bitkisinin yerli şəraitə uyğunlaşdırılması, yetişdirilməsivə onun təsərrüfat əhəmiyyətnin öyrənilməsi sahəsində uğurlu nəticələr əldə edilib.
Lent.az AMEA-ya istinadən xəbər verir ki, ilk dəfə mərkəzin direktoru, professor Fərman Quliyevin rəhbərliyi ilə İrandan introduksiya edilən tropik-subtropik quayava (Psidium quayava) meyvə bitkisinin yeni iqlim şəraitində öyrənilməsi və rayonlaşdırılması istiqamətində son illər geniş araşdırmalar aparılıb.
“Quayava mərsinkimilər fəsiləsinin psidium cinsinə aid bitki növüdür. 20 ilə yaxındır ki, quayavanın yeni şəraitdə öyrənilməsi və rayonlaşdırılması istiqamətində elmi-tədqiqat işləri aparırıq. Vətəni Cənubi Amerika olan quayavanın bölgəmizdə açıq havada, qışda sintetik örtük və otaq şəraitində becərilməsinə dair bir sıra uğurlu nəticələr əldə etmişik”, - deyə professor Fərman Quliyev bildirib.
Quayava bitkisinin meyvəsindən qənnadı və tibb sənayesində, təbabətdə geniş istifadə edildiyini vurğulayan F.Quliyev bu ətirli meyvənin bütün hissələrinin vitaminlərlə zəngin olduğunu, turşaşirin dad verdiyini, yarpaqlarından efir yağları alındığını diqqətə çatdırıb. Həmçinin yarpaqları, çiçəkləri və meyvələri bakterisid təsirə malikdir. Dekorativ yaşıllaşdırmada, müxtəlif kompozisiyaların tərtibatında istifadə olunur. Quayava faydalı xassələri ilə nar, gavalı, alma, üzüm, banan və hətta manqodan üstündür. Heydərabaddakı (Hindistan) Milli İnstitutun alimləri yer üzündəki ən dəyərli meyvəni təyin etmək üçün bir sıra təcrübələr aparıblar və müəyyənləşdiriblər ki, tərkibində rekord miqdarda antioksidanlar olan quayava ən qiymətli meyvədir.
Quayavada rekord miqdarda, orta hesabla 100 qramda 240 mqr C vitamini olduğundan, ondan müxtəlif tənəffüs yolları xəstəlikləri və qrip zamanı, xüsusən indiki pandemiya dövründə tez-tez istifadə edilməsi tövsiyə olunur.
Kökü, qabığı, yarpaqları, çiçəkləri, meyvələri, bir sözlə bütöv bitkinin müalicəvi xüsusiyyətlərə malik olması bu həmişəyaşıl möcüzəvi ağacın təsərrüfat əhəmiyyətini qat-qat artırır. Cənub bölgəsinin simvollarına çevrilmiş limon, narıngi, feyxoadan geri qalmayan və bəzi hallarda öz müalicəvi xüsusiyyətləri ilə onları üstələyən quayava bitkisinin təsərrüfat sahiblərinin, fermerlərin, həvəskar bağbanların böyük marağına səbəb olacağını qeyd edən alim bu möcüzəvi bitkinin tezliklə tanınacağına, bölgədə becərilən sitrus bitkiləri arasında öz layiqli yerini tutacağına əminliyini ifadə edib.
Hazırda Lənkəran REM-in əməkdaşlarının Azərbaycan Meyvəçilik və Bağçılıq Elmi Tədqiqat İnstitutunun Lənkəran çay filialındakı təcrübə bazasında quayavanın öyrənilməsi rayonlaşdırılması, becərilməsi və çoxaldılması istiqamətində apardıqları tədqiqatlar öz bəhrəsini verməkdədir.
Professor F.Quliyev psidium quayava bitkisinin qırmızı və sarı sortlarının öyrənilib və rayonlaşdırılması məqsədilə sort sınağından keçirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə təqdim edildiyini bildirib.

Azərbaycanda antioksidanlarla zəngin iki yeni meyvə - SINAĞA VERİLDİ
Oxşar yazılar

Karyera, pul və… 4 BÜRC üçün böyük imkanlar dövrü başlayır
22 aprel 2025 , 00:02
SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO
21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR
21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək
21 aprel 2025 , 18:38
Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ
21 aprel 2025 , 18:13Sabahın tibbi-meteoroloji PROQNOZU
21 aprel 2025 , 17:45
Qadın Roma Papası ola bilərmi: Vatikan nə deyir?
21 aprel 2025 , 16:50